“Despacito” çılğınlığı Dünyanı heyran qoyan klip və oradakı gözəlçənin sirri

Baxış sayı: 2890

Elə musiqilər var ki, onlar dildən-dilə, ağızdan-ağıza yayılaraq qısa zaman ərzində bütün dünyada bir nömrəli hitə çevrilir. 

Belə musiqilərdən biri də son vaxtlar sosial şəbəkələrdə və insanlar arasında durmadan populyarlığını artıran “Despocito”dur. İspan dilindən hərfi tərcümədə “sakitcə, yavaşca” mənası verən musiqi əsərinin uğurunu araşdırmağa çalışan ATV.az bəzi məlumatlar əldə edə bilib.

İlk olaraq, klipdə çəkilən xanımın kimliyinə aydınlıq gətirək. Sən demə, mahnını eşidən hər kəsi yerindən oynadan puerto-rikolu 29 yaşlı gözəlçənin adı Suleyka Riveradır. 4,4 milyard baxışla dünya rekordunu yeniləyən klipi rövnəqləndirən Rivera 2006-cı ildə “Kainat gözəli” olub. 3 oktyabr, 1987-ci ildə Puerto-Rikonun Saueu şəhərində doğulan xanım ilk dəfə Salinas bələdiyyəsinin keçirdiyi gözəllik yarışmasında özünü sınayıb. Ailədə 3 uşaq olan Riveraların ən böyüyü olan Suleykanın uğur yolu da burdan başlanıb. Atası Herri və anası Karmenin dəstəyini hər zaman hiss edən gözəlçə 2010-cu ildə basketbolçu Xose barea ilə ailə qurub. 2012-ci ildə isə Rivera ana olub. Onun Sebastyan adlı bir oğlu var. Rivera hazırda Ouerto-Rikoda ən böyük model evinin sahibəsidir. Klipin ifaçılarına gəlincə, Lukas Fonsi və Deddi Yanki çəkiliş üçün yer seçərkən qeyri-adiliyə üstünlük veriblər. Onlar “Mariya” qsırğasının viran qoyduğu və 43 nəfərin ölümünə səbəb olan San Xuan la Perla rayonunu seçiblər. İfaçılar bildiriblər ki, klipin baxışlarından toplanacaq məbləğ bu ərazinin bərpasına yönəldiləcək. 2017-ci ilin 13 yanvarından etibarən səsləndirilən mahnı hələ də hit-paradlarda liderliyini qoruyur. Qeyd etmək lazımdır ki, buna qədər ABŞ və Avropada ancaq bir ispandilli mahnı populyarlıq qazana bilib. Bu isə 1996-cı ildə təqdim edilən “Macarena” dır. Düzdür, bu musiqi “Despacito”nun uğurunu təkrarlaya bilmədi. Hazırda latın-amerika melodiyası üzrəində ifa edilən mahnı reper Uiz Xəlif və Çarli Putun “Forsaj 7” filmi üçün yazdıqları soundtreki və Cənubi Koreyadan olan PSY-ın “Gangnam Style”nı xeyli geridə qoyub. Bununla belə, mahnıya senzuralar da az olmayıb. Məsələn, Malaziya hökuməti “Despacito” sözünü və klipdəki səhnələri islam dəyərlərinə zidd hesab edərək, yayımlanmasını qadağan edib. Malaziyalılar ancaq Castin Biberin 2017-ci ilin aprelində bu melodiyanın remiks variantında ifasına icazə verib. Məlumat üçün bildirək ki, ifaçıların mahnıya görə nə qədər qazanması barədə heç bir mənbə səhih məlumat vermir.

Rovşən Əliyev//ATV.az