Hollivudun xanım ulduzları bir arada “Elle” jurnalı aktrisaları mükafatlandırdı

Baxış sayı: 104

Tanınmış “Elle” nəşri Hollivud xanımlarını yenidən bir araya toplayıb.

ATV.az xəbər verir ki, səbəb dərginin təsis etdiyi Elle Women İn Hollywood adlı mükafatlandırma mərasimi olub. 24 ildir ənənəvi keçirilən tədbirin məqsədi isə aktrisaları filmlərdə oynadıqları ən yaxşı rollara görə mükafatlandırmaq olub. Gecədə Cenifer Lourens, Marqo Robbi, Sindi Krouford, Kristen Styuart, Alessandra Ambrosio, Riz Uizerspun kimi ulduzlar iştirak edib.

ATV.az