"Beauty of the World Azerbaijan" gözəllik yarışması Bölgə gözəlləri mübarizəyə başlayır

Baxış sayı: 925

Dünya Gözəllik Konqresinin təşkilatçılığı ilə "Beauty of the World Azerbaijan" gözəllik yarışmasının təqdimetmə mərasimi "Dremland Golf Club"da baş tutub.

ATV.az xəbər verir ki, tədbirdə ölkəmizin bölgələrini təmsil edən iştirakçı xanımlar mətbuata təqdim olunub. İştrakçılar özləri və təmsil etdikləri bölgələr barədə ətraflı məlumat veriblər. Qeyd edək ki, tədbirdə jurnalistlərlə yanaşı, ölkəmizin tanınmış insanları iştirak ediblər. Finala vəsiqə qazanmış 20 xanım iştirakçıdan yalnız biri Azərbaycanı "Beauty of the World" yarışında təmsil edəcək.

Yarışın rəhbəri Nərmin Səfərova bildirib ki, iştirakçıları və ictimaiyyəti 3 ay müddətində maraqlı bir yarış gözləyir. Bu yarış digər müsabiqələrdən çox fərqlənəcək və dünya standartlarına uyğun təşkil olunacaq.

Açiliş mərasimindən  şəkilləri  sizə  təqdim  edirik.
 
ATV.az