Daha bir məşhur dünyasını dəyişdi

Baxış sayı: 579

"Oxuyan gitara" ansamblının yaradıcısı və bədii rəhbəri Anatoli Vasilyev 82 yaşında vəfat edib.

ATV.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 1970-ci illərdən populyarlaşmağa başlayan "Oxuyan gitara" vokal-instrumental qrupu ilk dəfə 1966-cı ildə Leninqradda yaradılıb. Ansamblın ən yaddaqalan ifası "Dostluq", "Göy mahnı" və "Velosipedçilər haqqında mahnı" olub. Sovet dövründə çox məşhur olan qrup ildə 350-400 anşlaq konsert verib. Ansamblın solistləri arasında Yuri Antonov, Albert Asadullin və İrina Ponarovskaya olub. //PrimeTime.az