“İlin konserti” Faiq Ağayevdən gəldi

Baxış sayı: 1027

Azərbaycanın xalq artisti Faiq Ağayev Heydər Əliyev Sarayında ənənəvi solo-konsertini keçirdi. Ad günlərini artıq 1993-cü ildən bu üsulla qeyd edən Faiqin konserti günün nəbzinə əsasən “F.A made in Azerbaijan” adlanırdı.

Artıq tətbirin ilk dəqiqələrindən iddialı danışan “Cənab Qızıl şlyaqer” dünya səviyyəli konsert keçirmək arzusunda və bacarığında olduğunu bildirdi. Hadisələrin gedişatı göstərdi ki, ən azından Azərbaycan səviyyəsində bu tədbiri necə deyərlər, gözüyumulu “İlin konserti” adlandırmaq olar. Bu uşdə onun yardımçıları 11 antareks, bek-vokal, canlı musiqi, fərqli libaslar və yorulmaq bilməyən rəqs qrupu idi. 45 yaşını qeyd edən müğənni rəqqaslarından geri qalmayaraq, hər zaman hərəkətdə idi. Diqqəti ilə seçilən Faiq konsertinə dəvət etdiyi qonaqları az qala bir bir sadalayırdı. Bütün tamaşaçılar qarşısında baş eyən (sözün əsl mənasında) müğənni tamaşaçı rəğbətini qazanmaya bilməz. Öz pərəstişksarlarına qarşı heç vaxt biganə qalmayan Ağayev bəlkə də məhz buna görə bu qədər sevilir və şou-biznesdə ki ağır çəkisini qoriyub-saxlamağı bacaran müğənnilərdəndi. Onun çalışqanlığına isə söz ola bilməz- belə əməksevər müğənnilərimiz barmaqla sayılasıdır desək yanılmarıq.

Repertuar seçimimdən korluq çəkməyən Faiq bu dəfə də köhnə sevilən hitlərlə yanaşı  beş yeni mahnı təqdim etdi və onlarda artıq məhs konsertdə sevildilər. Düzdü , əlbəttə hər bir tədbirdə hər bir mahnıda hər hansı bir qüsur tapmaq olar, lakin bu tədbirin təqdimatı, onun icrası o qədər ürəyə oxşayırdı ki, qüsur axtarmağa belə adamda həvəsi “öldürürdü”. Nə deyim, təki bütün müğənnilərimiz belə bir səviyyədə konsert keçirməyə nail olsun

Vüqar VÜQARLI

Foto Səfiyar Məcnun