Hadisə Bakıya gəlib

Baxış sayı: 680

Türkiyənin məşhur müğənnisi Hadisə Bakıya gəlib.

ATV.az xəbər verir ki, müğənni bu haqqda özü “İnstaqram”da xəbər verib:

“Bakı konsertimiz üçün məşqimizi etdik. Biz artıq Bakıda baş tutacaq Yeni İl şousuna hazırıq”.

Qeyd edək ki, bu gün Olimpiya stadionunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçiriləcək konsertdə həm azərbaycanlı müğənnilər, həm də Türkiyənin tanınmış müğənniləri iştirak edəcək. 

Ülviyyə Nurəddinova / ATV.az