Aygün Kazımova şadlıq sarayını ittiham etdi

Baxış sayı: 838

Xalq artisti Aygün Kazımova "Hollywood" şadlıq sarayını ittiham edib.

ATV.az xəbər verir ki, sözügedən şadlıq sarayı Yeni il axşamı təşkil olunan şouda Aygün Kazımovanın çıxış edəcəyini bildirib.

Xalq artisti həmin şouda iştirak etməyəcəyini bildirərək,  restoranın yalanını ifşa edib: “Neçə gündür "Hollywood" şadlıq sarayında yeni il şənliyində çıxış edəcəyim haqda reklamlar gedir. Bu yalnış bir reklamdır. Mən yeni il o restoranda çıxış etməyəcəm. Bu mənə və sizə qarşı bir fırıldaqdır. Bunu sizə bildirməyi özümə borc bildim. Mənim adımdan istifadə edə bildilər, amma siz aldanmayın”.

Nigar RƏHİMQIZI / ATV.az