Məşhur aktyoru "diriltdilər" 22 il əvvəl vəfat etmişdi...

Baxış sayı: 618

Bir neçə gün əvvəl ekranlara çıxan  “Rogue One: A Star Wars Story” filmində 22 il əvvəl vəfat edən Piter Kaşinqin canlandırdığı qəhrəmanın görünməsi tamaşaçıların təəccübünə səbəb olub.

ATV.az-ın məlumatına görə, 1994-cü ildə dünyasını dəyişən Kaşinq filmin illər əvvəl çəkilən ilk serialarında “Grand Moff Tarkin” xarakterini canlandırıb. Rejissorlar yeni filmdə əvvəlki serialarda rol alan məşhur simaları bir araya gətirib.

Bildirilir ki, yeni çəkilən “Star Wars” filmində Kaşinqin oynadığı “Grand Moff Tarkin” xarakterini  Qay Anri canlandırıb. Onun Kaşinqə olduqca bənzəməsi diqqət çəkib. Rejissorların sözlərinə görə, onlar bu bənzərliyi ərsəyə gətirmək üçün xüsusi texniki üsullardan istifadə edib. 

Anar Türkeş / ATV.az