Faiq Ağayev üçün özəl gün

Baxış sayı: 460

Bu gün Azərbaycanın populyar estrada müğənnisi, xalq artisti  Faiq Agayevin doğum günüdür. Faiq Ağayev 1971-cı il dekabrın 29-da  Bakıda anadan olub.
 
ATV.az xəbər verir ki, 45 yaşını qeyd edən müğənni peşəkar səhnəyə 1988-ci ildə gəlib.  O, elə həmin il “Bakı payızı” müsabiqəsinin qalibi olub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqlili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirən Ağayev elə tələbə ikən peşəkar ifaçı adını qazanıb. 1995-ci ildə “Ola bilməz” adlı ilk musiqi toplusu çıxaran sənətçi sonrakı illərdə “Səni əvəz eləmir”, “”Vəfasızım”, “Faiq Ağayev seçmələr”, “Minilliyin sonu”, “Tam məxfi” adlı albomlarını pərəstişkarlarına təqdim edib.
 
O,  1998-ci ildə  "İlin Konserti" nominasiyasında, 1999 -cu ildə isə "Dəşti " klipinə görə "İlin Klipi" nominasiyasında "Humay" Milli Mükafatını və həmin ildə  "İlin Müğənnisi" nominasiyasında "Grand" Milli Mükafatınını qazanıb. Sənətçi 2000-ci ildə "Əməkdar artist", 2008-ci ildə isə "Xalq artisti" adına layiq görülüb.
 
Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 120-dən çox solo konsert verib. 2007-ci ildə isə Heydər Əliyev Sarayında 5 günlük solo konsert verməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində yeni rekorda imza atıb.

Nigar RƏHİMQIZI / ATV.az