Demet Akalının yeni klipini 300 illik hamamda çəkdirdi

Baxış sayı: 703

Türkiyənin məşhur müğənnisi  Demet Akalın "Rakipsiz” albomunda yer alan “Ah Ulan Sevda” mahnısına klip çəkdirib.  ATV.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni klipini 300 illik tarixi olan "Cağaloğlu" hamamında çəkdirib. Çəkiliş üçün bir günlük hamamı bağlatdıran Demet Akalın klipdə  Osmanlı nökərlərini xatırladan kostyumlar geyib.

Klip zamanı çəkilən fotoları təqdim  edirik. 

 Ülviyyə Nurəddinova / ATV.az