Sevda Yəhyayeva üçün özəl gün...

Baxış sayı: 501

Bu gün müğənni Sevda Yəhyayeva 31 yaşını qeyd edir. O, 1985-ci il dekabrın 28-də Rusiyanın Amur vilayətinin Konstantinov rayonunda anadan olub.

ATV.az xəbər verir ki, o, ali təhsil almaq üçün Milli Konservatoriyanın solo və xanəndəlik (Muğam) fakültəsinə daxil olub və hazırda təhsilini davam etdirir. 1998-ci ildə ilk dəfə efirə Azərbaycan Televiziyasında yayımlanan "İstedad sorağı" verilişində çıxıb.

2005-ci ildə ATV telexanalında yayımlanan  "Yeni ulduz" müsabiqəsinə qatılıb və müsabiqəni 3-cü yerdə başa vurub. 2007-ci ildə ilk bəstəkar mahnısı - sözləri Leyli və musiqisi Pərviz Mahmudova məxsus olan "O zaman" adlı mahnısı ilə gündəmə gəlib.

ATV.az