İsrailin baş naziri “Xabad-Or-Avner” tədris mərkəzində olub

Baxış sayı: 327

Azərbaycanda işgüzar səfərdə olan İsrailin baş naziri Benyamin Netanyahu bu gün xanımı ilə birgə Bakıda yaşayan yəhudi uşaqlarının “Xabad-Or-Avner” tədris mərkəzinə baş çəkib.

ATV.az-ın məlumatına görə, B.Netanyahu burada Azərbaycanın yəhudi icması ilə görüşüb.

Baş nazir Azərbaycana səfərindən məmnunluğunu bildirib və təhsilə, o cümlədən yəhudi uşaqlarının təhsilinə verdiyi diqqətə görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.

İsrailli baş nazir yəhudi uşaq xorunun ifasında yəhudi və Azərbaycan mahnılarını dinləyib.

“Xabad-Or-Avner” tədris mərkəzi Bakıda yaşayan yəhudi uşaqları üçün Heydər Əliyev Fondu və “Or-Avner” Beynəlxalq Fondu tərəfindən tikilib.