İsrailin Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Baxış sayı: 291

İsrailin Baş naziri Benyamin Netanyahu və xanımı Sara Netanyahu dekabrın 13-də Şəhidlər xiyabanını ziyarət ediblər.

B.Netanyahu Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının mənzərəsini seyr edən İsrailin Baş nazirinə və xanımına Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.