YAP nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Baxış sayı: 207

Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

ATV.az-ın məlumatına görə, ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar dekabrın 10-da YAP-ın nümayəndələri Fəxri xiyabana gələrək ulu öndərin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.