Zakir Həsənov iclasda iştirak etdi MDB Müdafiə Nazirləri Şurası

Baxış sayı: 236

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib.

ATV.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, tədbir çərçivəsində general-polkovnik Z.Həsənov MDB iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edən digər həmkarları ilə birgə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin binası önündə ucaldılan "Onlar Vətən uğrunda döyüşüblər" heykəltəraşlıq kompozisiyasının açılış mərasimində də iştirak edib.

Günay Məryəm / ATV.az