Dünyanın ən gənc İdmançı nənəsi

Baxış sayı: 1400

17 yaşlı Klaris Hilton ana olanda, ilk övladını dünyaya gətirəndə onun anası Kerri Hiltonun 35 yaşı vardı.

Milli.Az The Sun-a istinadən bildirir ki, İngiltərədəki qəzetlərdən birində satış üzrə menecer işləyən, peşəkar kiksboksçu olan Kerri Hilton dünyanın ən gənc nənəsi sayıldığını söyləyir. O, statusundan narahatlıq duymadığını vurğulayır.

İngiltərənin Bolton şəhərində yaşayan Kerrinin nəvəsi Cessika indi 6 aylıqdır.

Kerri Hiltonun böyük qızı Klarisin 18, kiçik qızı Ceysinin 5 yaşı var.

Kerrinin dediyinə görə, sağlam rasion və sürəkli olaraq kikboksla məşğul olmaq onun yaxşı formada saxlayır.

"Bəzən qızım paltarlarımı geyinir, çünki ölçülərimiz eynidir. Bəzən də bizi tanımayanlara Klarisin bacısı olduğunu deyirəm. İnanırlar", - Kerri Hilton gülərək deyib.

O, həftədə 5 gün kikboksla məşğul oduğunu deyib.

ATV.az