Dünyanın ən dar evi

Baxış sayı: 798

Dünyanın ən dar evi Polşanın paytaxtı Varşavada yerləşir. Onun eni yerindən asılı olaraq, 92-152 santimetr arasında dəyişir.

ATV.az  xəbər verir ki, iki bina arasında tikilən və iki mərtəbədən ibarət evdə yataq, mətbəx, vanna, hətta qonaq otaqları var.

Polşa arxitektoru Yakub Şens tərəfindən layihələndirilən və normal yaşayış üçün yararsız hesab edilən ev rəssamların müvəqqəti sığınacağı üçün nəzərdə tutulub.

ATV.az