Yol polisinin sayıqlığı Kabel oğruları ələ keçdi

Baxış sayı: 175

Yol Patrul Xidməti əməkdaşlarının sayıqlığı Agdamda kabel oğrularını ələ verib. 

ATV.az-ın yerli bürosunun verdiyi xəbərə görə, rayon sakini Atapur İsmayıl Məhərrəm oğlunun idarə etdiyi “50 BF 810” dövlət nömrə nişanlı  “VAZ 2106” markalı avtomobil Ağdam DYP-i tərəfindən saxlanılarkən maşından müxtəlif ölçülərdə mis kabel aşkarlanıb. Ağdam rayon polisinin apardığı araşdırmalar zamanı məlum olub ki, İ. Atapur Ağcabədi rayon sakini Məmmədbağır Misorvla əlbir olaraq İmamqulubəyli, Quzanlı, Eyvazlı, Xındırıstan və Üçoğlan kəndlərində quraşdırılmış, Ağdam Mexaniki Suvarma İdarəsinin balansında olan 28 ədəd subartezian quyularının elektrik naqillərini kəsərək oğurlayıblar. Oğurlanan mis kabelin bir qismi saxlanılan şəxslərin həyətindən maddi sübut kimi götürülsə də, bir qisminin Tərtər rayonunda yerləşən əlvan metalların qəbulu sexinə satdıqları məlum olub. Faktla bağlı araşdırma davam edir.

Vicay Vəliyev/ ATV.az