Ağdamda avtoqəza Ölən var - YENİLƏNİB

Baxış sayı: 455

Ağdamda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

ATV.az-ın yerli bürosunun məlumatına görə, hadisə rayonun İmamqulu kəndi ərazisində baş verib. 42 yaşlı Valeh Həsənov idarəetdiyi VAZ 2106 markalı maşınla yolu keçən piyada Bəhram Hüseynovu vurub. Özünü itirən sürücü avtomobili yol kənarında dayanan digər nəqliyyat vasitəsinə çırpıb. Nəticədə özü və sərnişin, 50 yaşlı məhyəddin Əliyev müxtəlif bədən xəsarətləri ilə Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırılıblar.

*********

Son məlumata görə, yaralanan piyada Bəhram hüseynov bu dəqiqələrdə həyatını itirib.

Vicay Vəliyev/ ATV.az