Zaqatalada faciə 2-ci sinif şagirdi traktorun qoşqusunun altında qaldı

Baxış sayı: 525

Zaqatalada məktəbdən çıxan şagird tarktorun qoşqusu altında qalıb.

ATV.az-ın yerli bürosundan bildirilib ki, hadisə rayonun Əliabad qəsəbəsində baş verib. 4 saylı tam orta məktəbin 2-ci sinif şagirdi, 8 yaşlı Əli Cavadov məktəbdən çıxdıqdan sonra evə gedərkən tarlaya peyin aparan traktorun qoşqusunun arxa təkərinin altında qalaraq dünyasını dəyişib. Hazırda Zaqatala rayon polis şöbəsində hadisə ilə bağlı araşdırma aparılır.

Hacıömər İsayev/ ATV.az