Tovuzda bədbəxt hadisə Azyaşlını “KamAz” vurdu

Baxış sayı: 142

Tovuzda azyaşlının həyatını itirməsi ilə nəticələnən ağır qəza baş verib. 

ATV.az-ın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Sürücü 1992-ci il təvəllüdlü Abbasov İbrahim Nazim oğlunun idarə etdiyi qoşqulu yük maşını kənd sakini, 7 yaşlı Əsgərov Elvin Elnur oğlunu əzib. Küçədə oynayarkən hərəkətdə olan “KamAz” markalı yük maşınının altında qalan balaca aldığı xəsarətlərdən yerindəcə keçinib. Faktla bağlı rayon polis şöbəsində araşdırma başlanıb.

Əminə Rəhimova/ ATV.az