Lənkəranda bıçaqlanma Dava qanlı bitdi

Baxış sayı: 254

Lənkəranda iki gəncin davası qanlı sonluqla başa çatıb. 

ATV.az-ın yerli bürosunun məlumatına görə, hadisə mərkəzi bazaar ərazisində baş verib. 1988-ci il təvəllüdlü Əzimzadə Ümid Əbdülkərim oğlu ilə 1985-ci ildə anadan olan Baxşiyev Sehran Tahir oğlu arasında münaqişə tədricən qızışıb. Bıçağa əl atan hər iki gənc bir-birinə ağır xəsarətlər yetirib. Yaralılar ətrafdakıların köməyi ilə rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyəti daha ağır olan B. Sehran əməliyyat olunub. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Zaur İsmayılov/ ATV.az