Qaxda əməliyyat keçirildi Mağazalardan oğurluq edən iki qardaş saxlandı

Baxış sayı: 245

Qaxda mağazalardan oğurluq edən iki qardaş saxlanılıb.

ATV.az-ın yerli bürosunun məlumatına görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlər nəticəsində Baydarlı, Şotavar, Tasmalı, o cümlədən şəhər ərazisində bir neçə dükandan oğurluq edən Zaqatala rayon Bəhmətli kənd sakinkəri Elsevər və Eldəniz Muradov qardaşları saxlanılıb. Əvvəllər də məhkum olunmuş qardaşlar mağazalardan pul, tütün məmulatları və kontur kartlarını oğurlayıblar. Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.

Hacıömər İsayev/ ATV.az