528 min dolların ölkədən çıxarılmasının qarşısı alınıb Samux postunda

Baxış sayı: 2115

Xaçmaz Gömrük İdarəsinin Samur Gömrük postunun əməkdaşları tərəfindən ölkəmizdən külli miqdarda valyutanın qaçaqmalçılıq yolu ilə çıxarılmasının qarşısı alınıb.  Belə ki, İrandan gələrək Azərbaycandan tranzit keçməklə Rusiyaya "Gül kələmi" yükü aparan Rusiya vətəndaşı Nurmaqomed Karanayevin idarə etdiyi "Volvo " markalı yük-nəqliyyat vasitəsinə Samur gömrük postunda gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin kabinindəki qəhvəyi rəngli çantanın içərisindən gömrük nəzarətinə bəyan edilməyən 4 min 200 ədəd 5 minlik, 8 min 953 ədəd 1000-lik və 54 ədəd 500-lük əskinaslardan ibarət ümumilikdə 29 milyon 980 min Rus rublu yəni 528 min 191 dollar aşkar edilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Mirislam Əhmədoğlu // ATV.az