Tərtərdə yaşayış evi uçdu

Baxış sayı: 251

Tərtərdə yaşayış evi uçub. Hadisə rayonun Əskipara kəndində qeydə alınıb.

ATV.az xəbər verir ki, kənd sakini, 38 yaşlı Anar Abdullayevə məxsus evin bir otağının divarları uçub. Evin bütün əşyaları uçqun altında qalsa da, ailə üzvlərindən xəsarət alan olmayıb. Ev sahibinin sözlərinə görə, ev ötən ilin noyabr ayında baş verən zəlzələ zamanı qəzalı vəziyyətə düşüb. Lakin 6 nəfərlik ailənin başqa sığınacağı olmadığından bu evdə yaşamağa məcbur olub. Hadisə ilə bağlı müvafiq qurumlara məlumat verilib.

Mirislam Əhmədoğlu // ATV.az