Banka borcu olan şəxslər saxlandi

Baxış sayı: 304

Dövlət Sərhəd Xidməti tərəfindən banka borclu və axtarışda olan şəxslər ölkədən qaçmaq istəyərkən tutulub.

ATV.Az - ın məlumtına görə, 35 yaşlı Sənan Xasməmmədov və 37 yaşlı  Elvin  Xasməmmədov Ağstafa rayonunun Sadıxlı kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Gürcüstana keçməyə cəhd göstərərkən saxlanılıblar.Aparılan  araşdırmalar nəticəsində saxlanılan hər iki şəxsin müxtəlif banklara borclu olduqlarına görə məhkəmə qərarı ilə ölkədən çıxışlarının məhdudlaşdırılması və bu səbəbdən onların ölkə ərazisini qeyri-qanuni yolla tərk etməyə cəhd göstərmələri məlum olub. 33 yaşlı Xəqani Orucov isə  Qusar rayonunun Samur qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Rusiya Federasiyasına keçməyə cəhd göstərərkən saxlanılıb. Aparılan ilkin araşdırma nəticəsində onun törətdiyi cinayət əməlinə görə «axtarış»da olması müəyyənləşdirilib. Hazırda hər iki fakt üzrə cinayət işi başlanılaraq müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Kərəm Ələsgərov   ATV.Az