Rusiyada ağır yol qəzası Ölü sayı artır

Baxış sayı: 85

Dünən axşam saatlarında Rusiyanın Mariy El respublikasınsda baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı artıb. 

ATV.az Vesti-yə istinadən bildirir ki, sərnişinlərlə dolu mikroavtobusun odun daşıyan maşınla toqquşması nəticəsində 1-i körpə olmaqla, azı 15 nəfər həyatını itirib. 12 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 3-ü uşaqdır. Bildirilir ki, qəzaya səbəb mikroavtobus sürücüsünün əlverişsiz hava şəraitində ötmə əməliyyatını düzgün yerinə yetirməməsidir. O, qarşıdakı maşını ötmək istəyərkən qarşı yola keçib və bu zaman yük maşınıyla toqquşma qaçılmaz olub. Tələfatın daha böyük olmasına isə sürücünün mikroavtobusa normadan artıq sərnişin yükləməsi səbəb olub. Faktla bağlı cinayət işi açılıb. Respublikada 3 günlük matəm elan edilib.

Rövşən Əliyev/ ATV.az