Cem Qorxmaz intihar etdi

Baxış sayı: 669

Tanınmış türkiyəli aktyor Cem Qorxmaz intihar edib.

ATV.az “Milliyet”ə istinadən xəbər verir ki, aktyorun qardaşı Can Yılmaz məlumatı təsdiqləyib.

1987-ci ildə Bursada anadan olan C.Qorxmaz “yutuber” və teleaparıcı kimi tanınıb.

Komediya janrında çıxış edən C.Qorxmaz "A.R.O.G", "Bekle Beni Yarın", "Recep İvedik 4", "Diğer Yarım", "Bizim Ev" kimi filmlərdə çəkilib. Hələlik intiharın səbəbləri barədə məlumat verilmir.

Qeyd edək ki, Cem Qorxmaz tanınmış aktyor Muhittin Qorxmazın oğludur.

ATV.az