İşdən qovulduğu üçün uşaqları diri-diri yandırdı

Baxış sayı: 454

Braziliyada uşaqlar üçün nəzərdə tutulmuş tədris mərkəzində dəhşət yaşanıb. 50 yaşlı təhlükəsizlik əməkdaşı sözügedən mərkəzdən işdən azad olunduğu üçün qətliam törədib. O keçmiş iş yerinə gələrək, əlindəki yandırıcı maddəni uşaqların və müəllimələrin üzərinə səpərək, onlara od vurub. Hadisə nəticəsində tədris mərkəzindəki 4 uşaq və bir müəllimə ağır yanıq xəsarətləri alaraq, həyatlarını itiriblər. Qətlə yetirilən uşaqların hamısı 4-5 yaşlarındadır. Daha 25 uşaq isə müxtəlif dərəcəli xəsarətlər alıb. Məsələylə bağlı Braziliya prezidenti Mişel Temer bəyanat yayıb və baş verənləri dəhşət adlandırıb. Hadisənin yaşandığı Janauba bələdiyyəsi bölgədə 7 günlük matəm elan edib.

Fuad Əliyev/ATV.az