Göbələk yığmağa getmişdi, ayıya yem oldu

Baxış sayı: 1235

Türkiyənin Bolu şəhərinin Akçakoca kəndində 71 yaşlı Zəki Öztürkü ayı yeyib. Meşəyə göbələk yığmağa yollanan qoca oradan geri qayıtmadığı üçün yaxınları narahat olmağa başlayıb və onun axtarışlarına çıxıb. Kəndlilərin və polislərin də qoşulduğu axtarışlar bir neçə saatdan sonra nəticə verib. Kənddən 2 km aralıda Zəki Öztürkün parçalanmış cəsədi aşkarlanıb. İlkin araşdırmalardan sonra onu ayının parçaladığı məlum olub. Polis əməkdaşları meşədə ayının ayaq izlərini də rast gəliblər. 71 yaşlı qocanın cəsədi polislər tərəfindən yaxınlarına təhvil verilib.

Fuad Əliyev/ATV.az