Güclü yağışın fəsadları Bakıda daha bir yol çökdü

Baxış sayı: 412

Paytaxta yağan aramsız yağış daha bir yolun çökməsinə səbəb olub.

ATV.az saytı APA-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu, Mehdi Abbasov küçəsində qeydə alınıb.

"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli , həmin yolun altından kanalizasiya kollektoru keçdiyini və onun istismar müddətinin bitdiyini bildirib: “Kanalizasiya suları yol yatağını yuyub, nəticədə 2-3 metr dərinliyində quyu əmələ gəlib".

Qurum rəsmisi əlavə edib ki, hadisə yerinə "Azəravtoyol" ASC-nin və "Azərsu" ASC-nin əməkdaşları cəlb olunublar.

Qeyd edək ki, Ötən gün "Azəravtoyol" ASC-nin yaydığı məlumatda bildirilib ki, intensiv yağışlar nəticəsində dünən səhər saatlarında Yasamal rayonu, Musabəyov parkının arxasında, Mirəli Seyidov küçəsində yolda çökmə hadisəsi baş verib.

Rövşən Əliyev/ ATV.az