Pirotexniki vasitələr aşkar olundu 3 mindən çox...

Baxış sayı: 316

Xaçmazda reyd keçirilib.

ATV.az-ın Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbərinə görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Xaçmaz şəhərində reyd keçirilib, nəticədə gömrük qaydaları pozulmaqla gətirilmiş pirotexniki vasitələrin satışı ilə məşğul olan dörd nəfər Azərbaycan Respublikası vətəndaşından 3169 ədəd müxtəlif formalı pirotexniki vasitələr aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Günay Məryəm / ATV.az