Təqdimat mərasimi keçirildi Tvinninq layihəsi

Baxış sayı: 74

Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsinin yekunları ilə bağlı təqdimat mərasimi keçirilib.

ATV.az-ın məlumatına görə, mərasimdə çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, Nazirliyin dövlət vergi orqanları qarşısında qoyulan məqsəd və vəzifələrə nail olunması üçün insan resurslarının inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır. Bu sahədə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün zəruri qanunvericilik, institusional və maddi-texniki baza artıq yaradılıb.

27 ay davam edən Tvinninq Layihəsinin icrası zamanı Vergilər Nazirliyinin aidiyyatı əməkdaşları insan resurslarının idarə edilməsi, risklərin analizi üçün informasiyaların toplanması və təhlili üsulları sahəsində İspaniya və Fransa Vergi Administrasiyalarının ən yaxşı təcrübələrini ətraflı şəkildə öyrəniblər.

Günay Məryəm / ATV.az