Azərbaycan nümayəndə heyəti beynəlxalq sərgidə

Baxış sayı: 99

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə Tailandın paytaxtı Banqkok şəhərində bu gün “ITU Telecom World 2016” beynəlxalq sərgi və konfransı öz işinə başlayıb.

ATV.az-ın İqtisadiyyat Nazirliyinə istinadən xəbərinə görə, tədbirin rəsmi açılış mərasimində Tailand Krallığının şahzadəsi Maha Çakri Sirindhon, Tailandın baş naziri Prayut Çan-o-Ça və BTİ-nin Baş katibi Hulin Zao çıxış ediblər. İKT sahəsində innovasiyaların sürətləndirilməsi üçün qlobal platforma rolunu oynayan “ITU Telecom World 2016” fəaliyyətini noyabrın 18-dək davam etdirəcək.

Tədbirdə İKT sahəsi üzrə müxtəlif forumlar, müzakirələr və fikir mübadiləsi aparılacaq, sərgi hissəsində milli pavilyonlarda ölkələrin, şirkətlərin müxtəlif  həlləri nümayiş etdiriləcək. Sərgidə sahə üzrə nazirlər, sahibkarlar, tənzimləyici orqanların nümayəndələri, o cümlədən Azərbaycan nümayəndə heyəti iştirak edir. Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyətində nazirliyin qurumları, özəl İKT şirkətlər təmsil olunurlar.

Tədbirə 128 ölkədən 25 000 ziyarətçinin qatılması gözlənilir. Sərgidə 30-dək milli pavilyon, o cümlədən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan pavilyonu təşkil edilib.  Tailand Krallığının şahzadəsi Maha Çakri Sirindhon, Tailandın baş naziri Prayut Çan-o-Ça və BTİ-nin Baş katibi Hulin Zao VİP tur çəçivəsində ölkəmizə məxsus pavilyonla tanış olublar. Tədbir müddətində ölkə təmsilçilərimizin Nazirlər toplantısında çıxışı, ikitərəfli görüşlər planlaşdırılır.

Günay Məryəm / ATV.az