63 İL SONRA BƏDƏNİNDƏN TAXTA PARÇASI ÇIXDI Bakıda

Baxış sayı: 3085

Azərbaycanda qeyri adi əməliyyat icra olunub.3 yaşındaykən ayağına batan odun parçası düz 63 il sonra çıxarıldı. Əməliyyat Azərbaycan Tibb Universitetinin tədris cərahiyyə klinikasında baş tutub. Əməliyyatı həyata keçirən professor  Məhəmməd Kərimov deyir ki, 66 yaşlı  Elmira Məmmədova 3 yaşında olarkən Cəbrayılda öz həyətlərində təndirə düşüb və  yanıq travması alıb.  Həkimlər onun həyatını xilas etmək üçün üzərində xeyli əməliyyat keçirməli olublar. Amma uzun illər sonra ayağında yenidən fəsadlar əmələ gəlib. Həkim deyir ki,” 20-25 il bundan öncə ayağının baldırında iki böyük xora açılıb uzun müddət sağalmayan yaralar bu xanımı məcbur edib  müxtəlif ölkə klinikaya müraciət etsin. Turkiyə, İran.  daha çox Rusiya 1.47 axırda fikir bu olub ki,bu yaralar sağalmayacaq trofiki xoralardır”

Professor əlavə edir ki, Elmira Məmmədova özü də həkimdir və  müxtəlif ölkələrin  klinikalarında müayinə olunduqdan sonra Tibb Universitetinin tədris cərahiyyə klinikasına müraciət edib.  “Bu yaraların hər ikisinin bir birindən müəyyən qədər arası olsa da 3-5 sm hər ikisinin dibi sarı rəngdə kütlə ilə örtülü idi.bu diqqətimi cəlb etdi başladım bunu təftiş etməyə o hissənin bir hissəsi qırıldı alətin ucunda gəldi tədqiqat vaxtı bəlli oldu bu sümük deyil odun taxta parçasına oxşayır .biz müayinələri daha da dəqiqləşdirdik və hər iki yaranın dibində olan kütlə yad cisimdir və bu xaric olunmalıdır 10 və 2 sm ölçüsündə olan bütöv bir yad cism yəni taxta parçası hansıki 3 yaşında düşəndə təndirə dəriyə daxil olub qalıb orqanizm onu inkapsulasiya edib biz onu çıxardıq

Əməliyyatdan cəmi 1 gün sonra xəstə evə buraxılıb. Həkim  deyir ki, hazırda pasiyentin vəziyyəti yaxşıdır.  Ən əsası da pasiyent kəskin ağrılardan, ağrıkəsici qəbulundan və gündəlik sarğılardan xilas olub.

ƏHMƏD MƏMMƏDOV, ATV.az