87 yaşlı qocanın 27 yaşlı həyat yoldaşı: “60 yaş fərq heç nəyi dəyişmir”

Baxış sayı: 3630

Evlilikləri ilə çoxlarını şoka salan İvan Krasko və Natalya Şevel birgə yaşayışları barədə danışıblar. 

ATV.az Life-a istinadən xəbər verir ki, 2015-ci ildə ailə quran cütlük birgə həyatlarından gileylənmir. Tələbəsi ilə ailə quran Rusiyanın Xalq artistinin həyat yoldaşı onlara baxıb ağız büzənlərə “60 yaş fərq heç nəyi dəyişmir”,-deyib. Bununla yanaşı Natalya etiraf edib ki, İvanla yaşayışın öz çətinlikləri var. Xanım bildirir ki, Xalq artisti “böyük uşaq”dan fərqlənmir. Qeyd edək ki, bundan əvvəl 3 dəfə ailə quran Krasko 2018-ci ilin yayında 6-cı dəfə ata olmağa hazırlaşdığını bildirib.

ATV.az