“Salvator Mundi” rekord qırdı Tablo 450 milyona satıldı

Baxış sayı: 138

Renessans dövrünün görkəmli nümayəndəsi Leonardo da Vinçinin İsa Məsihi andıran tablosu rekord qiymətə satılıb. 

ATV.az xəbər verir ki, “Salvator Mundi” adlanan rəsm əsəri Nyu-Yorkda, Christie's hərracında satışa qoyulub. Əsərin ilkin qiyməti 100 milyon dollar olsa da, sonradan bu rəqəm şişib və adının açıqlanmasını istəməyən şəxs tabloya 450 milyon dollar verməyə razılaşıb. Da Vinçinin bu rəsmi 1500-cü ildə ərsəyə gətirdiyi güman edilir. Onun ilk sahibi isə İngiltərə kralı 1-ci Çarlz olub. Bundan sonra 20-ci əsrin əvvəllərinə qədər tablo itmiş hesab edilib. Təsadüf nəticəsində ingilis kolleksiyaçısının arxivindən tapılan “Salvator Mundi” 1958-ci ildə orjinal olmadığı iddiası ilə 60 dollara satılıb. Korlanmış şəklin yalnız 2005-ci ildə araşdırmalardan sonra orjinal olduğu təsdiqlənib və rus milyarder Dimitri Rıbolovlev tərəfindən 127,5 milyon dollara satın alınıb. Bir əlində kürə tutan, digər əlini yuxarı qaldıran tablonun digər adı isə “Dünyanın qurtarıcısı”dır.

Rövşən Əliyev/ ATV.az