Azərbaycanlı aktyor Rusiya kinosunda "iz qoydu" "Stalini" fantastik oynamaqla

Baxış sayı: 2428

Rusiyanın ОРТ  telekanalında gedən  8 serialı "Trotski" bədii filmi böyük ajiotaja səbəb olub. Sevindirici haldır ki,  reytinqlərdə ən yüksək yerlərdə qərarlaşan filmin  qəhrəmanlardan birini əslən azərbaycanlı olan aktyor Orxan Xanlar oğlu Abulov oynayır. Aktyorun Stalin obrazını çox məharətlə  canlandırması diqqətdən qaçmayıb və rusiyalı mütəxəssislər  biq ağızdan onu kino tarixində ən yaxşı  "Stalin" kimi qiymətləndirirlər.

Qeyd edək ki, Moskvada doğulan Orxanın cəmi 25 yaşı var və  bu rol onun kinoda cəmi ikinci roludur.

Vüqar VÜQARLI

ATV.az