Rafiq Hüseynovun nəşi Azərbaycana gətirilib

Baxış sayı: 113

Rafiq Hüseynovun nəşi Azərbaycana gətirilib 

 

Xalqartisti, diktor Rafiq Hüseynovun nəşi Azərbaycana gətirilib. Xalq artistinin cənazəsini Almaniyadan gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.Cənazəni mərhum diktorun ailə üzvləri, qohumları, sənət yoldaşları qarşılayıblar. Xalq artisti ilə vida mərasimi noyabrın 3-də Rəşid Behbudov adına Dövlət MahnıTeatrındasaat 10:00-dan 12:00-dək keçiriləcək. O, II Fəxrixiyaban da dəfn olunacaq. Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək.

 

Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasınıdəyişib.O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.