Gülüstan Əliyeva dosent attestatı alıb

Baxış sayı: 109

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı alanlara attestatların təqdimetmə mərasimi keçirilib.

ATV.az trend-ə istinadən məlumatına görə, dosent elmi adına layiq görülənlər arasında tanınmış ifaçı da yer alıb. Belə ki, Azərbaycan Milli Konservatoriyasının müəllimi, əməkdar artist, opera müğənnisi, muğam ifaçısı Gülüstan Əliyeva da dosent attestatı alıb.

Qeyd edək ki, dosent attestatları Ali Attestasiya Komissiyasının baş elmi katibi Arif Quliyev tərəfindən təqdim edilib.

ATV.az