Xalq artistinin anım günü

Baxış sayı: 299

ATV.az xəbər veriri ki, Məmmədbağır Bağırzadə 1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gəlmişdir.

Məmmədbağır Bağırzadənin sənət yolu el şənliklərindən başlamışdır. O adətən öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edirdi. Xüsusilə də, şairə Zivər Ağayeva ilə qurduğu yaradıcılıq əlaqələri nəticəsində Azərbaycan milli musiqi sənətinə çox sayda gözəl mahnılar bəxş etmişdi.

Qeyd edək ki, Məmmədbağır Bağırzadəni televiziyaya gətirən və onun yaradıcılığında xüsusi rol oynayan bəstəkar Ələkbər Tağıyev olub. 

Müğənni 2002-ci ildə "Xalq Artisti" fəxri adına laiq görülmüşdür.

 30 oktyabr 2005-ci ildə Bakıda vəfat edib.

ATV.az