Multikulturalizmə həsr olunmuş konsert

Baxış sayı: 328

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində 2016-cı il “Multikulturalizm ili”nə həsr olunmuş konsert keçirilib.

ATV.az xəbər verir ki, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əməkdaşları, Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev, Alban-Udi Xrsitian İcmasının sədri Robert Mobil və digər qonaqlar iştirak ediblər.

Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin “Aysel” rəqs kollektivinin ifasında “Sarı gəlin”, “Dənizçi”, “Qarabağ”, “Qaraçı”, “Arzular” və dünya xalqlarının rəqsləri  nümayiş olunub.

ATV.az