Milli Kitabxanada kitab sərgisinin açılış mərasimi

Baxış sayı: 357

Dekabrın 23-də Milli Kitabxanada Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin anadan olmasının 55 illiyi münasibətilə “Heydər Əliyev yolunun layıqli davamçısı- İlham Əliyev” adlı geniş kitab sərgisinin açılış mərasimi olub.

ATV.az xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açıb. O, ümummilli liderimiz  Heydər Əliyev cənablarının uzaqgörən siyasətinin layıqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin keçdiyi şərəfli həyat yoluna nəzər salaraq ictimai-siyasi fəaliyyətindən, Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən, bu gün ölkəmizin uğurla beynəlxalq tədbirlərə ev sahibliyi etdiyindən danışmış, dövlət başçısına uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzulayıb. O, bu gün sərgidə nümayiş olunan kitabların böyük əksəriyyətinin Azərbaycan Milli Kitabxanası tərəfindən dünyanın milli kitabxanalarına göndərildiyini, həmin kitabxanalarda bu kitabların uğurla nümayiş olunduğunu bildirib. 

Kitabxananın direktor müavini Ədibə İsmayılova, bölmə müdiri Könül Əhmədova, oxucu Sevil İslamova çıxış edərək prezidentimizə cansağlığı, işlərində  uğurlar arzulayıblar.

Sərgidə  cənab Prezidentin  siyasi fəaliyyətindən bəhs edən Azərbaycan, rus və xarici dillərdə  200-dən artıq kitab nümayiş olunub.

Son illərdə nəşr edilmiş kitablar oxucuların geniş marağına səbəb olub.

ATV.az