Nəsir İmanquliyev - 105 Görkəmli jurnalistin doğum günüdür

Baxış sayı: 309

Bu gün görkəmli jurnalist, pedaqoq Nəsir İmanquliyevin doğum günüdür.

ATV.az xəbər verir ki,  Nəsir İmanquliyev 1911-ci ildə Bakıda anadan olub.Tələbəlik illərindən başlayaraq, “Kommunist”, “Yeni yol”, “Gənc işçi” qəzetlərində çalışıb. İkinci dünya müharibəsinin ikinci ilində siyasi işçi kimi Krım cəbhəsinə göndərilib, orada “Vuruşan Krım” qəzetinin məsul katibi olub, eyni zamanda hərbi hissədə tərcüməçi işləyib. O, 1947–ci ildə Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb.

N.İmanquliyev 1958–ci ildə yaradılmış “Bakı” qəzetinə rəhbərlik edib, 1963-cü ildə qəzetin rus versiyası fəaliyyətə başlayıb. Təcrübəli jurnalist uzun illər hər iki qəzetin baş redaktoru vəzifəsində çalışıb. Bu qəzetlər 1960-70-ci illərdə mətbuatımızın inkişafında böyük rol oynayıb. O, 1998-ci ildə Bakıda vəfat edib.

ATV.az