Tanınmış aktyor gözlərini əbədi yumdu Komadan çıxa bilmədi...

Baxış sayı: 7873

Rusiyanın tanınmış aktyoru Vyaçeslav Saleviç 82 yaşında vəfat edib.

ATV.az-ın məlumatına görə, 3 həftə əvvəl səhhəti qəfil pişləşən Saleviç xəstəxanaya yerləşdirilib. Bir müddət reanimasiya şöbəsində müalicə alan aktyor komaya düşüb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

1958-ci ildən filmlərə dəvət alan aktyor, canlandırdığı müxtəlif xarakterlərlə nüfuz qazanıb. Xalq artisti 1998-2011-ci illərdə Moskva teatrının rəhbəri vəzifəsində işləyib.

Anar Türkeş / ATV.az