Bu gün Gülşən Qurbanovanın doğum günüdür

Baxış sayı: 505

Bu gün xalq artisti Gülşən Qurbanovanın doğum günüdür. O,  1950-ci il, 19 dekabrda Bakıda anadan olub.

ATV.az xəbər verir ki, mərhum aktrisa Ə.Hüseynzadə adına Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunu bitirib. Ali təhsil aldıqdan sonra Gənc Tamaşaçılar Teatrında işə başlayıb.

"Mənim nəğməkar bibim", "Şirinbala bal yığır", "Ana laylası", "Tamahkar", "Şəhərli oğlan" və digər tamaşalarında yaddaqalan rolları ilə sevilən G.Qurbanova  kinoda da özünü sınayıb.

Xalq artisti Gülşən Qurbanova  2006-cı il, noyabrın 17-də  56 yaşında dünyasını dəyişib. 

Nigar RƏHİMQIZI / ATV.az