O yol yenidən qurulur Samuxlulara xoş xəbər var...

Baxış sayı: 886

Ümumi uzunluğu 36 km olan Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolu yenidən qurulur.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən ATV.az-a verilən məlumata görə, layihə çərçivəsində eni 4 metr olan yolun hərəkət hissəsi  genişləndirilərək 6 metrə çatdırılır. Bunun üçün yolun yararsız qruntu 1 m-ə qədər qazılaraq çıxarılır, əvəzinə 10 metr enində yeni yol yatağı inşa edilir.

Torpaq işləri yekunlaşdıqdan sonra qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası və hazır hissələrə 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq. Yolun 23-cü km-də, Gəncə çayı üzərində isə 63 metr uzunluğunda, 11.5 metr enində 2 aşırımlı körpünün inşası da aparılır.

Qeyd edək ki, Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi ilə 10 yaşayış məntəqəsində yaşayan 23 min nəfər əhalinin gediş-gəlişi xeyli rahatlaşacaq, insanların yetişdirdikləri kənd təsərrüfatı məhsullarını tez bir zamanda və rahat şəkildə bazarlara daşınmasına şərait yaradılmış olacaq.

Günay Məryəm / ATV.az


Bölməyə uyğun digər fotoalbomlar